4 C
Baku
28 Fevral 2026, 6:38
Dünya

“61 milyard dollar ödə və ya 51-ci ştat ol”

ABŞ prezidenti Donald Tramp deyib ki, Kanada ABŞ-ın planlaşdırdığı “Qızıl Qübbə” raketdən müdafiə sisteminə qoşulmaq istəsə, ya 61 milyard dollar ödəməli, ya da 51-ci dövlət kimi qoşulmalı olacaq.

Bu bəyanat Kanadada sərt reaksiyalara səbəb olub. Baş nazir Mark Karni Kanadanın suverenliyini vurğulayaraq, “Kanada satış üçün deyil” deyib. Kanadanın BMT-dəki səfiri Bob Rae Trampın təklifini “qorunma pulu” istəyinə bənzədib.Trampın təklifi Kanada ictimaiyyətinin əksəriyyəti tərəfindən rədd edilir. Sorğulara görə, kanadalıların 85%-i ABŞ-ın 51-ci ştatı olmaq fikrinə qarşıdır.

Bu hadisələr ABŞ-Kanada münasibətlərində gərginliyi artırsa da, Trampın Qızıl Qübbə layihəsi və Kanadaya yönəlik bəyanatları da beynəlxalq miqyasda müzakirə mövzusuna çevrilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu