35 C
Baku
20 İyul 2025, 11:39
Baş xəbərSosial

Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər keçirildi

Bugun.tv xəbər verir ki, Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı rayonun Qımılqazma kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir

Kəmalə Sultan

Oxşar xəbərlər

Polis həyat yoldaşını və övladlarını güllələdi

Kəmalə Sultan

Prezident sərəncam imzaladı

Aynur Camal

AK Partiya Millət Vəkili Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terroru qınadı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu