Bugun.tv xəbər verir ki, Sakit okeanda ada ölkəsi olan Tonqa Krallığında 6,9 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) 6,9 bal gücündə zəlzələnin episentrinin Tonqa ştatının Neiafu şəhərindən 132 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. 225 kilometr dərinlikdə baş verən zəlzələ ilə bağlı can və mal itkisi ilə bağlı məlumat paylaşılmayıb.
TRT Haberin məlumatına görə, zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Müxbir: Şəms Elnurqızı