36 C
Baku
20 İyul 2025, 15:14
DünyaHadisə

7 ayda 230 nəfər vəbadan öldü

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Konqo Demokratik Respublikasında (KDC) 7 ayda 230 nəfərin vəbadan öldüyünü açıqlayıb. Təcili tədbirlər görülməsə, epidemiyanın ölkəni daha çox təsir edə biləcəyinə diqqət çəkilərək, münaqişələr səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan insanların vəziyyətdən mənfi təsirləndiyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildə KDC-də baş verən vəba epidemiyasında ən azı 1000 adam öldü.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Ölkədə təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə də xəstəlik və ölüm riskini artırır. KDC-də malyariya, poliomielit, tif qızdırması və meymun çiçəyi kimi epidemiyalar da yayğındır.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

ABŞ media nəhəngləri işçilərini ixtisar etməyə hazırlaşır

Aynur Camal

Helikopter qəzasında iki polis öldü

Nigar Məmmədova

“Bu, NATO-ya üzvlük demək deyil”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu