4 C
Baku
28 Fevral 2026, 20:35
DünyaHadisə

7 ayda qızılcadan 413 ölüm qeydə alındı

Bugun.tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb. Ötən il eyni səbəbdən 27 min hadisənin və 220 ölüm halının qeydə alındığına diqqət çəkən açıqlamada qızılcaya yoluxma hallarının artmasının və insan itkisinin “iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması” kimi səbəblərdən qaynaqlandığı bildirilib”. Vətəndaş müharibəsi və onun fəsadları səbəbindən Yəməndə səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı var. Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Yəmən xalqının 73 faizi (təxminən 23,4 milyon) vətəndaş müharibəsi səbəbindən humanitar yardıma ehtiyac duyur, 4,3 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Münaqişədə 377 min insan, o cümlədən 13 mindən çox mülki şəxs həyatını itirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu