19 C
Baku
8 Sentyabr 2024, 3:23
Baş xəbərMədəniyyət

“7.Eğitimde Yeni Trendler İzmir Forumu – 2023” başa çatdı

Bugun.tv xəbər verir ki, Azərbaycan Maarifçilər Assosiasiyasının Türkiyənin 3-cü böyük şəhəri olan İzmirə növbəti təhsil səfəri olub. İkinci ildir ardıcıl olaraq təşkil edilən İzmir səfəri ümumilikdə, yeddinci dəfədir təşkil edilib.

“7.Eğitimde YeniTrendler İzmir Forumu 2023” tədbirini Azərbaycan Maarifçilər Assosiasiyası Türkiyədəki təhsil tərəfdaşları olan “Academic Support” və “Aspendos Academy” ilə birlikdə həyata keçirib. Assosiasiya üzvləri arasından seçilmiş 22 maarifçi müəllim forumda Azərbaycanın müxtəlif bölgələrini təmsil ediblər. Foruma Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Kəlbəcər, Saatlı, Xırdalan, Masazır şəhər və qəsəbələrindən olan məktəb direktorları, dərs hissə müdirləri, müəllimlər və eyni zamanda Bakı Dövlət Univeristeti, Qərbi Kaspi Univeristetinin professorları qatılıblar.

Forumun rəsmi açılışı İzmir Ekonomi Univeristetində baş tutub. Səfər zamanı iştirakçılar universitetlə tanış olub, təhsil müəssisəsi haqqında ətraflı məlumatlandırılıblar. Tanışlıq görüşündə Prof. Dr. İsmihan Bayramoğlu, Fen, Doç. Dr. Evrim Üstünoğlu, Uluslararası İlişkiler Ofisi Müdürü Hülya İncekara,  Azərbaycanın Türkiyədəki Səfirinin İzmir təhsil müşaviri Cavid Əliyev iştirak ediblər.

Görüşün ikinci hissəsində forum iştirakçıları Ekonomi Univeristeti rektor danışmanı Doç. Dr. Evrim Üstünoğlu tərəfindən “Tasarım odaklı düşünme ve problem çözme” adlı interaktiv təlimdə iştirak ediblər.

Növbəti təlim “Terapi oyunu” psixoloji mərkəzində baş tutub. Mərkəzin qurucusu Emre Güzel iştirakçılar üçün “Farkındalık eğitimi” adlı çox maraqlı və faydalı psixoloji qrup seansı təşkil edib.

Forumun bağlanışı EGE Universitetinin Eğitim fakültəsində keçirilib. İştirakçıları EGE Universiteti Rektor köməkçisi Prof. Dr. Mehmet Ersan salamlayaraq universitet haqqında məlumat verib və Azərbaycan -Türkiyə münasibətləri haqqında danışıb. Ardından Eğitim Fakultəsi Dekanı Prof. Dr. Osman Ferda Beytekin iştirakçılara “Eğitim deyeni trendler ve STEM” adlı maraqlı və faydalı təlim keçib.

EGE universitetindən sonra iştirakçılar “Alsancak Nevvar Salih İşgören Mesleki ve Teknik Anadolu Lisesi”ni ziyarət ediblər. Peşə məktəbinin direktoru Özer Toykar əvvəlcə Türkiyə orta və ümumtəhsil sistemi haqqında ətraflı məlumat verib. Ardından forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Daha sonra iştirakçılar üçün peşə məktəbinin tədris və peşə otaqları ilə tanışlıq turu keçirilib.

Foruma qatılan maarifçi müəllimlər İzmir Ekonomi, EGE Universiteti və “Terapi oyunu” psixoloji mərkəzi tərəfindən beynəlxalq sertifikat əldə ediblər.

Səfər Azərbaycan Maarifçilər Assosiasiyasının AKİN – Akademik İnkişaf Proqramı çərçivəsində üzvlər üçün beynəlxalq təcrübə mübadiləsi məqsədi ilə keçirilib.

İntizar Əmirova

Oxşar xəbərlər

On birinci mərtəbədən düşərək həlak olan ginekoloqun əri istintaqa cəlb edildi – YENİLƏNİB

Bugün TV

Nazir Uraloğlu: “Zəngəzur dəhlizi ilə Türkiyənin strateji mövqeyinin əhəmiyyəti artacaq”

Nigar Məmmədova

Tanınmış jurnalistə yüksək vəzifə verildi – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu