Dünya

7 mərtəbəli binada yanğın! 7 nəfər öldü

Fransanın Nitsa şəhərində 7 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verən yanğında 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Nitsa şəhərinin tabe olduğu Alp-Maritimes Qubernatorluğunun X hesabında edilən yazıya görə, gecə saat 03:00 radələrində Moulins rayonunda 7 mərtəbəli binada yanğın baş verib.

Yanğın zamanı 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə təxminən 4 saat ərzində söndürülüb.

Qubernatorluq xilasetmə qruplarına yanğının qarşısının alınmasında göstərdikləri səylərə görə təşəkkür edib.

Nitsa Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb və hadisə yerindəki ilk tapıntılar əsasında yandırma ehtimalının qiymətləndirildiyini açıqlayıb.

Daxili İşlər Naziri Gerald Darmanin, X hesabında baş verən yanğınla bağlı verdiyi açıqlamada xilasetmə qruplarının sürətli müdaxiləsinin daha çox itkilərin qarşısını aldığını bildirib.

Nitsa meri Kristian Estrosi də X postunda yaxınlarını itirənlərə başsağlığı verib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Dünya Bankı qlobal iqtisadi artım barədə yeni proqnoz açıqladı

Aynur Camal

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

Aynur Camal

Türkiyə prezidenti İran müharibəsinin dayandırılmasına çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu