12 C
Baku
3 Dekabr 2025, 14:58
Baş xəbərHadisə

7 vilayətdə zəhər tacirlərinə qarşı əməliyyat: 13 həbs

Bugun.tv xəbər verir ki, İstanbul, Van, Diyarbəkir, Adana, Hakkari, Bitlis və Bingöl kimi 7 vilayətdə zəhər tacirlərinə qarşı keçirilən Narkogüç-36 əməliyyatı zamanı narkotik vasitələrin istehsal və satışı ilə məşğul olan 13 şübhəli yaxalanıb. Əməliyyatlar zamanı 2 ton 350 kq narkotik maddə və 11 min ədəd narkotik həb götürülüb. Təhlükəsizlik qüvvələri zəhər alverçilərinə dözmür.

TRT Haber-in məlumatına görə, Səhər saatlarında 7 vilayətdə “Narkogüç-36” əməliyyatı keçirilib. Əməliyyatlar zamanı çoxlu sayda narkotik vasitə ələ keçirilib və 13 şübhəli saxlanılıb.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabındakı paylaşımında bu ifadələrdən istifadə edib:

“Əməliyyatları həyata keçirən qəhrəman polisimizi və qəhrəman jandarmerimizi təbrik edirəm. Xalqımızı zəhərləyən narkotik tacirləri, terror təşkilatları və mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizəmiz qətiyyətlə davam edəcək”.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Biz BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qərarının həyata keçirilməsini istəyirik

Bugün TV

İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

Aynur Camal

15 iyun – Qurtuluşdan başlanan inkişafımız və zəfər yolumuz

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu