Bugun.tv xəbər verir ki, Alyaska yarımadası yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə, episentri Sand Point şəhərindən 98 kilometr cənubda olan zəlzələ 32,6 kilometr dərinlikdə baş verib.
TRT Haberin məlumatına görə, ABŞ Sunami Xəbərdarlıq Sistemi 7,2 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edib.
Müxbir: Şəms Elnurqızı