22 C
Baku
23 Oktyabr 2025, 15:36
Baş xəbərHadisə

Bugun.tv xəbər verir ki, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi “Mercedes” markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi “Howo” markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başladı

Aynur Camal

Pangeoda baş verən yanğının 7-ci günüdür

Aynur Camal

İsrailin Qəzzanın şimalına hücum təşkil etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu