DünyaHadisə

7,4 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir

Bugun.tv xəbər verir ki, Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgədə axtarış-xilasetmə işləri davam edir. Tayvanın Milli Yanğından Mühafizə Agentliyindən verilən açıqlamaya görə, zəlzələ və artçı təkanlar nəticəsində yaranan sürüşmələr səbəbindən yolların, keçidlərin və mədən sahələrinin bağlanması səbəbindən 143 nəfər hələ də qapalı vəziyyətdədir. Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında 47 otel işçisi və 24 turist, Hejen mədən ərazisində 7 işçi, Hepinq mədəni ərazisində 64 işçi və Chu-ilu cığırında bir səyahətçi qapalı qalıb. Zəlzələ nəticəsində 9 nəfər ölüb, 1011 nəfər xəsarət alıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İrlandiya Şimali İrlandiya ilə birləşmə ehtimalını araşdıracaq xüsusi qurum yaradır

Aynur Camal

Kommunist Partiyasından rekord sayda yüksək vəzifəli şəxs xaric edildi

Aynur Camal

Karbon tutma texnologiyası iqlim böhranının həlli ola bilərmi? Yeni araşdırma suallar yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu