15 C
Baku
2 Noyabr 2025, 22:02
Baş xəbərHadisə

Güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artr

Keniyada noyabrın ortalarından bəri yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artıb.

Bugun.tv xəbər verir ki, Keniya Prezidenti Uilyam Ruto verdiyi açıqlamada həddindən artıq yağışın səbəb olduğu daşqınlarda 70 nəfərin həyatını itirdiyini bildirib.

Fəlakətin yaratdığı dağıntılar səbəbilə “fövqəladə vəziyyət” elan etdiklərini bildirən Ruto, indiyədək on minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, bir çox bölgədə yolların dağıldığını qeyd edib.

Keniya Prezidenti təbii fəlakətdən zərər çəkənlərə kömək məqsədilə bütün bölmələrdə işlərin davam etdiyini bildirib və bunun üçün dövlət büdcəsindən 15 milyon dollar vəsait ayırıldığını söyləyib.

Qeyd edək ki, qonşu ölkə Somalinin bəzi bölgələrində 96 nəfərin həyatına son qoyan daşqınların ardından “fövqəladə vəziyyət” elan edilib.

Aynur Camal

Oxşar xəbərlər

Geosiyasi reallıqlar fonunda Almaniya-Azərbaycan münasibətləri mühüm önəm kəsb edir

Aynur Camal

Türkiyədə  Şuşa Azərbaycan Evi açılır

İntizar Əmirova

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu