19 C
Baku
8 Sentyabr 2024, 3:24
Kriminal

Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB….

Bugun.tv Operativ24.az-a isinadən xəbər verir ki, bu günlərdə redaksiyamıza Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Goranboy rayonu Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbinin direktoru Əliyeva Məhsəti Cəmil qızı tərəfindən müraciət daxil olub. Həmin müraciətə əsasən Əliyeva Məhsəti Cəmil qızı iddia edir ki, sözügedən Mədəniyyət İdarəsinin məsul şəxsi Məmmədov Muraz Elman oğlu dövlət qulluqçusu olmadığı halda və eyni zamanda da vəzifə səlahiyyətlərini aşaraq direktora qarşı kobud rəftar sərgiləyir. Hətta onu tezliklə işindən xarici edəcəyi ilə hədələyir.

Qeyd edək ki, hazırda Əliyeva Məhsəti Cəmil qızı müvafiq ərazi üzrə Mərkəzi Seçki Komissiyasının sədridir. İllərdir ki, Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biridir.
Məsələ ilə bağlı dəfələrlə Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlamaq istəsək də telefon zənglərimizə cavab verilmədi. Şikayətçi olan məktəb direktorunun Mədəniyyət nazirinə müraciətini diqqətinizə çatdırırıq. Əlavə olaraq onu da qeyd etmək istərdik ki, müraciətin digər bir nüsxəsi də müvafiq olaraq hüquq-mühafizə orqanlarına ünvanlanıb. Sözügedən açıq məktubu təqdim edirik:
Gəncə Regional Mədəniyyət İdarəsinin,
Goranboy rayonu Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbinin direktoru Əliyeva
Məhsəti Cəmil qızı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Adil Kərimliyə
M Ü RA C İ Ə T
Hal-hazırda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiya əməlləri baş alıb gedir. Bu əməlləri törədən isə Məmmədov Muraz Elman oğlu və onunla birgə fəaliyyətdə əlbir olan Kazımov Pərvindir. Qanunsuz əməlləri baş alıb gedir.
Hazırda Prezident seçkiləri getdiyi bir məqamda bu cütlük məktəblərdə
direktor ştatlarının al-verinə başlayıb.
İdarənin özündə artıq 9 nəfər işdən azad edilib və bu məsələlərdə onları nazirlikdə dəstəkləyən İlham Hüseynovdur. İllərdir ki, bu prosesdə iştirak edən “peşəkar direktorlar”
Gəncə şəhər 1 saylı musiqi məktəbinin direktoru Aida Əmiraslanova və ona qohum olan Gəncə şəhər 2 saylı musiqi, həm də Gəncə şəhər Uşaq İncəsənət məktəbinin direktorudur. Hər ikisi deputat Əhliman Əmiraslanovun qohumlarıdır.
Gəncə şəhər 4 saylı musiqi məktəbinin direktoru Aynur Şıxıyeva Mədəniyyət İdarəsinin baş direktorudur. Hər üç adı çəkilən direktor hər ay dövlət büdcəsindən 30-40 min manat pul mənimsəyirlər. Belə ki, 20 saat, 36 saat dərsi olan müəllimlər qeyri – rəsmi şərtlər daxilində çalışırlar. Yəni, müəllimlərin adına yazılan dərs saatlarının 12-18 saatı müəllimin qalanı isə direktorundur.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyində araşdırma aparılır.
İmza: Əliyeva Məhsəti Cəmil qızı
Visiontv.az

 

Bugün TV

Oxşar xəbərlər

Sanitar-gigiyena qaydalarına əməl etməyən şəxs barəsində protokol tərtib olundu

Kəmalə Sultan

3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanıldı

Aynur Camal

Paytaxtda oğurluq edən şəxs saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu