28 C
Baku
21 İyul 2025, 2:07
Dünya

8 gündür yanır: 66 min hektar ərazi külə döndü

Avstraliyanın Viktoriya ştatında baş verən meşə yanğınında 66 min hektar ərazi yanaraq kül olub. Dekabrın 18-də başlayan və 8 gündür davam edən yanğın həddindən artıq isti hava və külək səbəbindən hələ də nəzarət altına alınmayıb.

Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını səbəbindən 66 min hektar ərazi külə dönüb. Avstraliya mətbuatında çıxan xəbərlərə görə, əyalətdəki Qrampians Milli Parkında dekabrın 18-də başlayan yanğın günlərdir davam edir.

İndiyədək Qrampians Milli Parkının üçdə biri, yəni 66 min hektar ərazisi külə çevrilib. Həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ ki, nəzarət altına alınmayıb.

Ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğınla mübarizə aparmaq üçün Viktoriyaya yola düşüb.

Səlahiyyətlilər, Grampianların müxtəlif bölgələrində yaşayan vətəndaşlardan dərhal bu əraziləri tərk etmələrini istədi. Yanğınlardan təxliyə edilənlər üçün Ararat, Dunkeld, Stawell və Hamiltonda yardım mərkəzləri açılıb.

Səlahiyyətlilər Moyston və Mafeking şəhərləri yaxınlığındakı rabitə qülləsinin yanğınlardan təsirlənə biləcəyini açıqlayıb.

Bu vəziyyətin həm mobil telefon, həm də Milli Genişzolaqlı Şəbəkə (NBN) xidmətlərinə təsir edəcəyi bildirilir. Viktoriya sakinlərinə cib telefonlarını və şarj cihazlarını özləri ilə götürmələri tövsiyə olunur.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Argentina BRİKS-ə üzv olmaq üçün müraciət etdi

Nigar Məmmədova

“Filosofları didərgin salan ölkə” – Etibar Əliyev yazır…

Bugün TV

Eyni mesaj minlərlə israillinin telefonuna eyni anda getdi, hər kəs panikaya düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu