4 C
Baku
14 Yanvar 2026, 22:47
Baş xəbərMədəniyyət

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Bugun.tv xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtda zəriflik, duyğu və sevginin əsas mövzuya çevrildiyi xüsusi bir mədəniyyət gecəsi təşkil olunacaq.

Qadınlara həsr edilən bu möhtəşəm axşamda musiqi və poeziya sevərləri unudulmaz bir sənət hadisəsi gözləyir.

Tədbirin əsas özəlliyi ondan ibarətdir ki, milyonların sevdiyi Türkiyənin məşhur müğənnisi Orhan Ölmez ilə tanınmış şair və qiraət ustası Səbuhi Zaman ilk dəfə duet konsert proqramı ilə eyni səhnədə çıxış edəcəklər. Bu birlik musiqi ilə şeirin harmoniyasını bir araya gətirərək tamaşaçılara fərqli və dərin emosional ovqat yaşatmağı hədəfləyir.

Konsert proqramı xüsusi olaraq qadınlara həsr olunub. Sevən, hiss edən, ilham verən, ailədə və cəmiyyətdə mühüm rol oynayan bütün qadınların şərəfinə hazırlanan gecədə canlı ifalar, poetik qiraətlər və duyğusal musiqi nömrələri yer alacaq. Təşkilatçılar bildirirlər ki, bu konsert 8 Mart münasibətilə qadınlara təqdim edilən ən dəyərli mədəni hədiyyələrdən biri olacaq.

Gecə boyunca Orhan Ölmezin sevilən mahnıları səsləndiriləcək, Səbuhi Zamanın qiraətində isə qadına, sevgiyə və həyata həsr olunan şeirlər təqdim olunacaq. Sənətçilərin səhnə sinerjisi tədbirə xüsusi ab-hava qatacaq və izləyicilərin yaddaşında uzun müddət qalacaq.

Qeyd edək ki, konsertin əsas məqsədi qadınlara özlərinə vaxt ayırmaq, gündəlik həyatın qayğılarından uzaqlaşıb ruhlarını musiqi, qəlblərini isə şeirlə dincəltmək imkanı yaratmaqdır. Təşkilatçılar bütün xanımları bu özəl gecədə iştirak etməyə dəvət edərək vurğulayırlar ki, qadınlar hər zaman ən gözəlinə və ən dəyərlisinə layiqdirlər.

Bugun.tv olaraq bildiririk ki, 8 Martda keçiriləcək bu duet konserti mədəniyyət və sənətsevərlər üçün ilin ən yadda qalan hadisələrindən biri olmağa iddialıdır.

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

“Bir millət, iki dövlət” alyansı – 34 il

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu