20 C
Baku
9 Sentyabr 2025, 5:26
Baş xəbərSosial

8 May — Şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin doğum günüdür

Bu gün – Vətən torpaqları uğrunda canını fəda etmiş qəhrəmanlarımızdan biri, Polkovnik İlqar Anzor oğlu Mirzəyevin doğum günüdür.

Bugun.tv – xəbər verir ki, O, 1973-cü il mayın 8-də Qardabanidə dünyaya göz açdı. Onun həyatı vətənə nur, xalqına güvən və ordumuza cəsarət bəxş etdi.

İlqar Mirzəyev 2020-ci ilin iyulunda – düşmənin Tovuz istiqamətindəki təxribatlarının qarşısını alarkən, ön xəttdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. O, son nəfəsinə qədər əsgəri kimi vuruşdu, komandiri kimi rəhbərlik etdi və vətən fədaisi kimi şəhid oldu.

Həmin şanlı, eyni zamanda kədərli gündə onunla birgə general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid oldu. Onlar birgə döyüşdülər, birgə şəhid oldular, birgə əbədiyyətə qovuşdular.

Bu Vətən onlarla qürur duyur. Onların adı tarixə qızıl hərflərlə yazıldı — vətənpərvərliyin, şücaətin, qeyrətin rəmzinə çevrildilər.

Ruhunuz qarşısında baş əyirik! Siz bizim qürur, iftixar və əbədi yaddaşımızsınız!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli Məclisin deputatı Hicran Hüseynova

Aynur Camal

Oxşar xəbərlər

Sudan ordusu Ciddə danışıqlarına başlamaq qərarına gəldi

Bugün TV

Sergey Lavrov Nyu-Dehliyə səfər edəcək

Nigar Məmmədova

QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu