9 C
Baku
13 Aprel 2026, 23:53
Digər

“8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidentinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı olub.

Bu barədə Millət vəkili Vüqar Bayramov öz sosial media hesabında məlumat paylaşıb.

O qeyd edib ki, 1880 meqavat gücündə stansiya Azərbaycanın daxili enerji tələbinin ödənilməsinə xüsusi töhvə verməklə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına şərait yaradacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, bu hadisə hazırda ölkə enerji istehsalının 40 faizini formalaşdıran Mingəçevirin yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.

Elektrik enerjisi istehsalının artırılması Azərbaycanda mavi qaz istehlakının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Azərbaycanda daxili illik qaz istehlakı 13,5 milyard kubmetrdir. Daxili istehlakın təxminən 37 %-i əhali tərəfindən həyata keçirilir. Bu baxımdan, yaşıl enerjidən daha çox istifadə olunması, mərkəzləşdirilmiş istilik siteminin genişləndirilməsi və itkilərin minimumlaşdırılması ilkin qiymətləndirmələrə görə, təxminən 2 milyard kubmetr qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da Azərbaycanın “mavi qaz” ixracının artmasına və ölkəyə daha çox valyutanın gəlməsinə imkan yaradacaq.

Bu kontekstdən, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qaz ixracının artırılması vasitəsi ilə Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Diplomat Avropa Birliyini tənqid etdi

Aynur Camal

Sanders İsrailə silah satışının dayandırılması üçün yeni təşəbbüslə çıxış edəcək

Aynur Camal

Rusiyada kosmik sahəyə maraq yüksəkdir, lakin inkişafla bağlı fikirlər birmənalı deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu