Baş xəbərDünya

8 saat uçdular və heç yerə çata bilmədilər.

İranın qatil İsrailə gecə hücumundan sonra bir çox aviaşirkət reysləri marşrutundan yayınaraq müxtəlif şəhərlərdə məcburi eniş edib. Parisdən Mumbaya gedən təyyarədə olan sərnişinlər 12 saatlıq yoldan sonra yenidən Parisdə olublar. Avropa və Şimali Amerikadan Körfəz və Cənubi Asiyaya uçuşlar normal olaraq Türkiyənin cənub-şərqindən keçir və İran və ya İraq üzərindən davam edir.

Lakin İrandan İsrailə atılan raketlər səbəbindən İraq və İran hava məkanları, İordaniya hava məkanı da müvəqqəti bağlanıb.

Bu xaosun ən parlaq nümunəsi Air France-ın Parisdən Mumbaya gedən AF218 reysi olub.

Təyyarə səkkiz saatlıq “səyahət”dən sonra Parisə qayıtmalı olub.

Airbus A350 dörd saatlıq gecikmə ilə Şarl de Qoll hava limanından havaya qalxıb, lakin İraq hava məkanı bağlandığı zaman təyyarə geri dönüb.

Təyyarə Parisə başlama vaxtından 12 saat sonra gəlib.

Bu uçuş istisna olmaqla, bir çox təyyarə cənub marşrutuna yönləndirilib və Misir vasitəsilə Səudiyyə Ərəbistanının daxili ərazilərinə uçmalı olub.

Marşrutların uzun olması səbəbindən bəzi təyyarələr yanacaq doldurmalı olub və bir çox reys təyinat yerinə iki-üç saat gec gəlib.

Emirates və Qatar Airways kimi aviaşirkətlər ən çox zərər çəkmişlər.

Londondan Dubaya uçan British Airways aviaşirkətinə məxsus BA107 reysi İraq-Türkiyə sərhədi yaxınlığında marşrutu dəyişərək Cənubi Kiprin Larnaka hava limanına enərək təyinat yerinə 4 saat gec çatıb.

Uçuşlarını Körfəzdəki qovşaqlara bağlayan bir çox sərnişin birləşdirici uçuşları qaçırıb və bəziləri günlərlə gözləməli olub.

Emirates ilə Dubaya getmək üçün Vyanaya yönləndirilən sərnişin sosial şəbəkədə “Birləşdirici uçuşumuzu qaçırdıq, lütfən kömək edin” deyərək kömək istəyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dördtərəfli görüş başladı

Teymur Əziz

27 sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirildi

Aynur Camal

Ərəbistanda qum fırtınası şəhəri “uddu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu