18 C
Baku
20 Sentyabr 2024, 1:39
Dünya

80 yaşlı kişi 4 silahlı qulduru məğlub etdi

ABŞ-ın Kaliforniya ştatının Norko qəsəbəsində 80 yaşlı ərzaq mağazasının sahibi Ceyms Kreyq Koup ov tüfəngi ilə silahlı soyğunçuları məğlub edib.

Həmin anların görüntüləri təhlükəsizlik kamerasına düşüb.

80 yaşlı mağaza sahibi Ceyms Kreyq Koup Kaliforniyanın Norko şəhərində dörd silahlı qulduru dəf etməklə tanınıb. Kopun quldurları məğlub etdiyi anlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə ötən həftə sonu qara rəngli SUV model avtomobilin mağazanın qarşısına gəlməsi ilə başlayıb. Soyğunçulardan biri maşından düşərək ərzaq mağazasına daxil olub. Kope silahlını görən kimi ov tüfəngi ilə hücumçunu nişan aldı və bir güllə ilə onu öldürdü. Yaralı soyğunçu “Qolumu uçurdu!” deyə qışqıraraq mağazadan qaçıb.

Qaçan 4 quldur xəstəxanada yaxalanıb. Polis soyğunçuları həbs edib və hər biri üçün 500 min dollar girov təyin edib. Hücum edənlər təkcə quldurluqda deyil, həm də yaşlılara qarşı zorakılıq və qanunsuz silah gəzdirməkdə ittiham olunurdular.

Polis Kopeni cəsarətinə görə tərifləyib, həmkarı Tamara Gibbons isə “Bu hadisə yaşlı insanların da özlərini müdafiə edə bildiyini göstərir” deyib.

Digər tərəfdən, Kopenin silahlı soyğunçuları məğlub etdiyi görüntülərinin sosial mediada yayılması səbəbiylə artan şöhrəti mağaza qarşısında dəstək nümayişlərinə səbəb oldu.

Mənbə: TGRT

Teymur Əziz

Oxşar xəbərlər

Əməliyyat zamanı 5 terrorçu zərərsizləşdirildi

Nigar Məmmədova

Türk polis rəisi həbs olundu

Nigar Məmmədova

F.Dönməz: “Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması planları bir il ərzində reallaşacaq”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu