8 C
Baku
28 Yanvar 2026, 12:51
Baş xəbər

Bu şəxslər sığorta haqqı və gəlir vergisindən azad oluna bilər!

Bugun.tv xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda müzakirə edilən məsələlərdən biri də “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər idi. Sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlarının bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Müzakirələr zamanı çıxışımda sosial haqqlardan azad olunmaqla yanaşı həmin vəsaitin dövlət tərəfindən vətəndaşın pensiya hesabına kompensasiya edilməsini təklif etdim. Belə ki, sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Sosial haqları ödəməkdan azad edilən vətəndaşların pensiya kapitalında azad olunan sosial məbləği kompensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar. Yəni, indi sosial haqq ödəməkdan azad olunmaq həmin vətəndaşlarımızın sosial təminatı baxımdan vacibdir və müsbət haldır. Bununla yanaşı, bu pensiya kapitalında da müqayisəli şəkildə az yığım deməkdir. Xüsusən nəzərə alsaq ki, hərbi sahədə çalışanların heç də hamısı 25 illik ştaj müddətinə malik olmaya bilər və bu zaman onların pensiya yığımları önəmli olur. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda cənab Prezidentin göstərişi ilə azad olunan sosial haqqlar dövlət tərəfindən orada çalışan işçilərin pensiya hesabına ödənilir. Bu da onların pensiya yaşı tamam olan zaman daha yüksək pensiya almasına imkan yaradacaq. Bu baxımdan, oxşar modelin digər sektor üzrə azadolmalarda da tətbiqi məqsədəuyğundur”, – deyə, V.Bayarmov vurğulayıb.
Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Prezident “Bakı Karton və Qutu Fabriki” MMC müəssisəsinin açılışında iştirak etdi

Aynur Camal

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu