19 C
Baku
8 Sentyabr 2024, 3:47
Sosial

85 yaşlı Həmayıl nənənin ad günü ilə 8 mart Beynəlxalq Qadınlar Bayramını belə təbrik etdilər

Bugun.tv xəbər verir ki, Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar rayon Xidmət Sahəsinin  kollektivi el ağbirçəyi – 85 yaşlı Həmayıl nənəni sevindirib. Onun yaşadığı ev mavi yanacaqla təmin edilib. Bu Həmayıl Mehdiyevanın doğum günü ilə 8 Mart Beynəlxalq Qadınlar Bayramına hədiyyə olub.

Uzun illərdir ocağı, yaşadığı ev istiliksiz, qazsız qalan qadın Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar rayon Xidmət Sahəsinin rəhbərliyinə müaraciət edib. İdarənin rəhbərliyi  müraciətin həll olunması ilə bağlı göstəriş verib. Qısa zamanda H. Mehdiyevanın evinə qaz xətti çəkilib.

Ağbirçək Həmayıl nənə Bugün televiziyası vasitəsi ilə başda Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar rayon Xidmət Sahəsinin rəisi Pərviz Ədilova və idarə əməkdaşlarına  minnətdarlığını bildirib.

“Allah hər birindən razı olsun! Çox sağolsunlar! Bu yaşımda, bu ahıl çağımda məni sevindirdilər, ocağımı, evimi mavi qazla təmin etdilər. Gözəl Allahım da bu işdə əziyyəti keçən hər kəsi sevindirsin. Ocaqları daim gur yansın. Hər birinə təşəkkür edirəm”, – deyə, H.Mehdiyeva sevincini bölüşüb.

Qeyd edək ki, Həmayıl nənənin himayəsində bir qızı və bir nəvəsi var.

Biz də H.Mehdiyevanı ad günü və 8 mart – Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edir, sağlıqlı, huzurlu ömür arzulayırıq!

Müxbir: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb

Aynur Camal

Xəstələri çaşbaş salan analiz cavablarına görə kim məsuliyyət daşıyır?

Bugün TV

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu