17 C
Baku
10 İyun 2025, 4:01
Baş xəbər

Xankəndi təhlükəsiz şəhərə çevrilir

Bugun.tv – xəbər verir ki, Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır.

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 27 aprel-3-may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teymur Əziz

Oxşar xəbərlər

Dəmir yollarından oğurluq edən şəxslər saxlanıldı

Bugün TV

Altıağac Milli Parkında baş verən yanğının səbəbləri rəsmi olaraq açıqlanıb

Aynur Camal

Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu