4 C
Baku
14 Dekabr 2025, 19:41
Baş xəbərDigər

887 kilo “damiana çayı” ələ keçirildi

Bugun.tv xəbər verir ki, Kapıkule Gömrük Qapısında bir yük maşınına edilən baxış zamanı ağ çuvallara yığılmış təxminən 887 kilo “damiana çayı” ələ keçirildi. Ticarət Nazirliyindən verilən açıqlamaya görə, Gömrük Mühafizə qrupları Türkiyəyə daxil olmaq üçün gələn yük maşınının şübhəli olduğunu görüb və risk analizi və hədəfləmə işləri çərçivəsində onu nəzarətə götürüb.

TRT Haber-in məlumatına görə, X-Ray müayinəsinə göndərilən yük maşınının qoşqusunda şübhəli sıxlıq göründüyü zaman avtomobil axtarış anqarına aparılıb. Ətraflı axtarış zamanı yük maşınının qoşqusunun müxtəlif yerlərində ağ çuvallarda təxminən 887 kiloqram “damiana çayı” götürülüb. Bazar dəyəri 2 milyon 121 min lirədir. Amerika qitəsində bitən və afrodizyak təsiri ilə yanaşı sakitləşdirici vasitə kimi də istifadə edilən damiana çayı müsadirə edilərkən, məhsulun bazar dəyərinin 2 milyon 121 min lirə olduğu müəyyən edilib. Ədirnə Respublika Baş Prokurorluğu Növbətçiliyi hadisə ilə əlaqədar istintaq başlatdı.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kvant rabitəsində dünya rekordu qırıldı

Aynur Camal

Qum fırtınası baş verdi

Bugün TV

Səudiyyə Ərəbistanının səfiri ilə Milli Məclis deputatlarının görüşü keçirildi — Ceyhun Məmmədov açıqlama yaydı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu