11 C
Baku
15 Aprel 2025, 23:47
Baş xəbərSosial

9-cu Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu keçirildi

Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin, Tatarıstan Respublikasının Gənclərlə İş Nazirliyinin və Tatarıstan Respublikası “Selet” Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının 9-cu Beynəlxalq Forumu baş tutub.

Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən tanınmış investorların, ekspertlərin iştirakı ilə “Rusiya və İƏT ölkələrində gənc iş adamlarının üzləşdiyi problemlər və onların həlli yolları”, “İslam dünyasında gənc iş adamlarının fəaliyyəti” və “İƏT ölkələrində innovativ startap layihələr üzrə həll yolları” mövzuları ətrafında panel müzakirələri, mühazirələr, interaktiv seminarlar, layihə sessiyaları keçirilib.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov forumun tərəfdaşlarla bağlı xüsusi panelində təmsil etdiyi qurumun, eləcə də “INNOLAND”in fəaliyyətindən, innovasiya və startap ekosisteminə verilən töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb.

Kazan şəhərində “Rusiya və İslam dünyası: Kazan Forumu 2023” çərçivəsində keçirilən və 80 iştirakçının qatıldığı bu forumun digər məqsədləri informasiya texnologiyaları sahəsində startap ideyalarının həyata keçməsinə və bu sahədə çalışan gənc iş adamları arasında münasibətlərin qurulmasına, o cümlədən, Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını 180 hektar əraziyə ziyan vurdu

Bugün TV

Tanınmış jurnalist dünyasını dəyişdi

İntizar Əmirova

Zaqatalada qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu