7 C
Baku
15 Dekabr 2025, 7:32
Baş xəbərKriminal

9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 9 kiloqramdan artıq marixuana qanunsuz dövriyyədən çıxarılıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv- yə  bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbir zamanı narkotik vasitə olan marixuananı daşımaqda şübhəli bilinən rayon sakini Etibar Quliyev saxlanılıb. Onun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən olunub. Keçirilən növbəti əməliyyat zamanı həmin mənbənin Ağdam rayon sakini Yavər Əbdürrəhimov olduğu aşkar edilib. Y.Əbdürrəhimovun yaşadığı ünvana baxış keçirilən zaman 9 kiloqram 100 qram qurudulmuş marixuana və həyətyanı sahəsindən 8 ədəd çətənə kolu kökündən çıxarılaraq götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Y.Əbdürrəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avtomobilin vurduğu piyada həyatını itirdi

Bugün TV

Ağ Evdən NASA-ya yeni missiya: Ayda saat neçədir?

Teymur Əziz

İranda Almaniya vətəndaşlarının həbs olunma riski var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu