20 C
Baku
28 İyun 2025, 3:24
Dünya

9 min insan Santorini adasını tərk etdi

Egey dənizində seysmik fəaliyyət səbəbiylə zəlzələdən qorxan təxminən 9 min insan Santorini adasını tərk edib. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, aralarında ziyarətçi və sakinlər də daxil olmaqla təxminən 9 min insan yeraltı təkanların sıx hiss olunduğu bölgədə böyük bir zəlzələnin baş verə biləcəyi narahatlığı ilə adanı tərk edib.

Hava yolları məktəblərin cümə gününə qədər bağlı olduğu adanı tərk etmək istəyənlər üçün əlavə uçuşlar əlavə edib.

Ekspertlərdən ibarət beynəlxalq tədqiqat qrupunun bu gün bölgəyə gedərək xüsusi sensor cihazlarla sualtı araşdırmalar aparması planlaşdırılır.

Zəlzələ zamanı elektrik kəsilməsi halında ehtiyat tədbiri olaraq axtarış-xilasetmə və tibbi qrupların göndərildiyi Santorini adasına Yunan Elektrik Paylama Şirkətinin generator və avadanlıqları da aparılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Suriyada əməliyyat: 23 hədəf vuruldu

İntizar Əmirova

Zelenski ABŞ-ın Ukraynaya kömək etmək istəyinə şübhə etdi

Kəmalə Sultan

Media: İslamabadda partlayış baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu