20 C
Baku
9 Sentyabr 2025, 7:18
Baş xəbərDünya

9 nəfərin ölümünə səbəb olan vulkan təhlükəsi davam edir!

İndoneziyada 9 nəfərin ölümünə səbəb olan Levotobi Laki-Laki vulkanının təhlükəsi davam edir. Vulkanik fəaliyyətlərdən sonra yeni tədbirlər görüldü. Komodo Labuan Bajo hava limanı uçuşlara müvəqqəti bağlanıb. İndoneziyanın Flores adasındakı Levotobi Laki Laki vulkanının noyabrın 4-də olduğu kimi püskürməsi ilə bağlı yeni ehtiyat tədbirləri görülüb.  Antara News-un məlumatına görə, səlahiyyətlilər tərəfindən edilən açıqlamada, Levotobi Laki-Lakidəki vulkanik fəaliyyətlərdən sonra hava limanının yerli vaxtla saat 20:00-a qədər yenidən uçuşlara bağlandığı bildirilib. Açıqlamada, qərardan təxminən 30 reysin təsirləndiyi də paylaşılıb.

Rayonda 2600-dən çox ailənin daimi təxliyəsi üçün çağırış edilib. Vulkanda artan vulkanik aktivliyə görə bölgədə ən yüksək səviyyə olan “4-cü səviyyə” həyəcan vəziyyəti verilib. İndoneziya Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) direktoru Suharyanto, “Dağ yerindən tərpənmir, biz bunu etməliyik” deyərək tədbir görülməsi lazım olduğunu bildirib. Suharyanto bəyan etmişdi ki, hökumət vətəndaşların başqa bölgədə yeni yerə köçməsinə və ya öz torpaqlarında ev tikməsinə kömək edəcək.

Digər tərəfdən, vulkanın 4 noyabrda püskürməsi nəticəsində 9 nəfər həyatını itirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qar uçqunu nəticəsində ölənlərin sayı azalıb

Nigar Məmmədova

Oktyabrın 7-dən Qəzzaya endirilən hava zərbələri nəticəsində BMT-nin 9 əməkdaşı həlak olub

Bugün TV

9 ali təhsil müəssisəsinin yenidən təşkili haqqında qərar qəbul edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu