3 C
Baku
14 Dekabr 2025, 14:31
Baş xəbərHadisə

91 qeyri-qanuni mühacir tutuldu

Bugun.tv xəbər verir ki, Ayvalık sahillərində həyata keçirilən əməliyyatlar zamanı qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan 91 qeyri-qanuni immiqrant yaxalanıb, 38 qeyri-qanuni immiqrant isə xilas edilib. Sahil Mühafizəsi Mobil Radarı “MORAD-12” ilə Ayvalık mahalı sahillərində nizamsız immiqrantları daşıyan rezin qayıqların olduğu təsbit edildi.

TRT Haber-in məlumatına görə, “KB-115” və “KB-40” sahil mühafizə qayıqları ilə bölgəyə gedən qruplar Midilli adasına keçmək istəyən 91 qeyri-qanuni immiqrantı yaxalayaraq sahilə çıxarıb. Başqa bir əməliyyatda qruplar Ayvalık sahillərində qeyri-qanuni mühacirləri daşıyan və yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan qayıqda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumat alıb. Bunun üzərinə qruplar Sahil Mühafizəsinə məxsus “KB-4510” qayığı ilə bölgəyə istiqamətləndirilib və qayıqda olan 38 qeyri-qanuni immiqrantı xilas edib.

Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından Balıkəsir İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

H1 Airport Express marşrutu sərnişinlərin rahatlığı üçün artıq fasiləsiz fəaliyyət göstərəcək

Aynur Camal

İran: Biz nüvə danışıqlarında ədalətli razılaşma əldə etmək əzmindəyik

Aynur Camal

59 qeyri-qanuni miqrant tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu