21 C
Baku
11 İyun 2025, 4:08
Sosial

945 şəxs üçün kiçik təsərrüfatlar quruldu

Bugun.tv -yə daxil olan məlumata əsasən,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

Aynur Camal

Oxşar xəbərlər

21 işsiz qadın Biznes Planın hazırlanması üçün təlimə cəlb olunub

Bugün TV

“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı – FOTO

Kəmalə Sultan

“ASAN xidmət” Talış kəndində sosial aksiya reallaşdırdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu