22 C
Baku
9 Sentyabr 2025, 2:22
Dünya

95 milyon insan yoxsulluq riski altında yaşayır

Keçən il Avropa İttifaqında təqribən 95 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi bildirilir.

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

Müvafiq olaraq, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

Aİ ölkələrində 94,6 milyon insan yoxsulluq həddində yaşayırdı.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr yüzdə 32 ilə Rumıniya, yüzdə 30 ilə Bolqarıstan, yüzdə 27 ilə İspaniya və 26 faizlə Yunanıstan olub.

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşa olub.

Yoxsulluq səviyyəsinin Almaniyada yüzdə 21,3, Fransada yüzdə 20,4, İtaliyada isə yüzdə 22,8 olduğu müəyyən edilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Çindən gələn nəhəng pandalar Avstraliyaya çatıb

Aynur Camal

Polis təlim təyyarəsi qəzaya uğrayıb: Sağ qalan yoxdur

Aynur Camal

Ayda bütün nəzəriyyələrə meydan oxuyacaq bir maddə tapıldı.

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu