13 C
Baku
18 Mart 2026, 14:05
Mədəniyyət

98-ci Akademiya Mükafatlarının qalibləri açıqlandı

“Academy Awards” kimi tanınan və kino dünyasının ən nüfuzlu mükafatlarından sayılan 98-ci Akademiya Mükafatlarının qalibləri müəyyənləşib.

Mükafatlandırma mərasimi ABŞ-nin Los Angeles şəhərində yerləşən Dolby Theatre-da keçirilib. Tədbirin aparıcılığını komediya ustası Conan O’Brien edib.

Mərasimdə “Ən yaxşı film” mükafatını 13 nominasiya üzrə namizəd göstərilən One Battle After Another qazanıb. Filmin rejissoru Paul Thomas Anderson isə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Həmin filmdə rol alan Sean Penn də “Ən yaxşı ikinci plan kişi aktyoru” mükafatını əldə edib.

16 nominasiya üzrə namizəd olan Sinners filminin ssenaristi və rejissoru Ryan Coogler “Ən yaxşı orijinal ssenari”, baş rol ifaçısı Michael B. Jordan isə “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb.

İspaniyalı aktyor Javier Bardem isə “Xarici dildə ən yaxşı film” mükafatını təqdim edərkən səhnədə çıxışında “Müharibəyə yox və azad Fələstin” şüarını səsləndirib. Onun bu sözləri zalda olan qonaqlar tərəfindən uzun müddət alqışlanıb.

Əsas nominasiya qalibləri

  • Ən yaxşı film: One Battle After Another
  • Ən yaxşı rejissor: Paul Thomas Anderson – “One Battle After Another”
  • Ən yaxşı qadın aktyor: Jessie Buckley – Hamnet
  • Ən yaxşı kişi aktyor: Michael B. Jordan – “Sinners”
  • Ən yaxşı ikinci plan qadın aktyor: Amy Madigan – Weapons
  • Ən yaxşı ikinci plan kişi aktyor: Sean Penn – “One Battle After Another”
  • Ən yaxşı orijinal ssenari: Ryan Coogler – “Sinners”
  • Ən yaxşı orijinal mahnı: Golden – KPop Demon Hunters
  • Ən yaxşı operator işi: “Sinners”
  • Ən yaxşı vizual effektlər: Avatar: Fire and Ash
  • Ən yaxşı animasiya: “KPop Demon Hunters”
  • Xarici dildə ən yaxşı film: Sentimental Value

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“CineMastercard” da türk kriminal dramı “Çatlı” – VİDEO

Aynur Camal

Чингиз Абдуллаев: «Эль Бакуви – это Моцарт поэтического слова»

Aynur Camal

Выдающийся писатель Чингиз Абдуллаев о творчестве Эль Бакуви

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu