Dünya

Ekstremal hava hadisələri 10 il ərzində qlobal iqtisadiyyata 2 trilyon dollardan çox ziyan vurub

İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri 2014-2023-cü illər arasında qlobal iqtisadiyyata 2 trilyon dollardan çox ziyan vurub. Beynəlxalq Ticarət Palatasının (ICC) hazırladığı hesabatda 2014-2023-cü illər arasında baş verən şiddətli yağış, sel və torpaq sürüşməsi kimi 4 mindən çox ekstremal hava hadisəsi araşdırılıb.

Hesabata görə, bu müddət ərzində ekstremal hava hadisələri dünyaya 2 trilyon dollardan çox ziyan vurub. Ekstremal hava hadisələri təkcə son iki ildə qlobal iqtisadiyyata 451 milyard dollar ziyan vurub.

Bu dövrdə təxminən 935 milyard dollarla ən böyük iqtisadi itkiyə məruz qalan ölkə ABŞ olarkən, onu 268 milyard dollarla Çin və 112 milyard dollarla Hindistan izləyir.

Yaponiya, Almaniya, Avstraliya, Fransa və Braziliya kimi ölkələr də ən çox iqtisadi itkiyə məruz qalan ilk 10 ölkə sırasında olub.

2014-2023-cü illərdə baş verən ekstremal hava hadisələrindən təqribən 1,6 milyard insan zərər çəkib.

BCC-nin baş katibi Con Denton “Son 10 ilin məlumatları göstərir ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil”.

Denton bildirib ki, ekstremal hava hadisələrinin iqtisadi təsirləri bu gün də böyük hiss olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu