Dünya

ABŞ Rusiyadan qorxdu: Kiyev səfirliyini bağladı

ABŞ-ın Kiyevdəki səfirliyi xəbərdarlıq edib ki, Rusiya bu gün Ukraynaya böyük hava hücumu həyata keçirə bilər. Xəbərdarlıqda ABŞ-ın Kiyevdəki səfirliyinin bağlandığı açıqlanıb.

ABŞ-ın Kiyevdəki səfirliyindən verilən yazılı açıqlamada Rusiyanın noyabrın 20-də (bu gün) böyük bir hava hücumu təşkil edə biləcəyi ilə bağlı xüsusi məlumat alındığı bildirilib.

Açıqlamada, “Səfirlik hazırlıq məqsədilə bu gün bağlanacaq. Səfirlik əməkdaşlarına yerlərdə qalmaları barədə göstəriş verilib. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edir”.

ABŞ səfirliyinin hücum xəbərdarlığı Ukraynanın müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücumundan bir gün sonraya təsadüf edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Putin: Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

Aynur Camal

Rıza Pəhləvi’yə dəstək yoxdur: “İranın gələcəyini iranlılar müəyyən etməlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu