1 C
Baku
10 Fevral 2026, 22:00
Baş xəbərMədəniyyət

Müəllif qonorarlarının və haqlarının qaydalarında dəyişiklik edildi

Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarına dəyişiklik edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən kinematoqrafiyaya yüksək diqqət və qayğı göstərilir. Bu qayğıdan irəli gələn məsuliyyət və bununla əlaqədar verilmiş tapşırıqların icrası istiqamətində mövcud qanunvericiliyin təkmilləşdirilməsi zəruri ortaya çıxmışdır.

Kinofilmlərin istehsalına dəstək istiqamətində müəyyən edilmiş dövlət siyasətinin həyata keçirilməsinin təmin olunması, xüsusilə də, kinofilmlərin müəlliflərinə ödənilməli olan vəsaitlərin minimum miqdarının, eləcə də müəllif qonorarlarının və digər haqların fərqinin müəyyənləşdirilməsi baxımından mövcud sahəvi münasibətlərin müasir dövrün və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” Mədəniyyət Nazirliyi tərəfindən yeni redaksiyada hazırlanmış və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir.

Qeyd edək ki, filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların miqdarının denominasiyadan sonrakı məbləğlərə uyğunlaşdırılması zamanı istehsal olunan audiovizual əsərlərin diversifikasiyası şəraitində fərqli təcrübə və biliklər, mədəniyyət sahəsindəki nailiyyətlər, peşəkarlıq və yaradılacaq əsərlərin mürəkkəbliyi əsas götürüləcək. Bundan əlavə, müəlliflərin ədalətli mükafatlandırılması, müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlərin müasir tələblərə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Kappadokiyada yeni kulinariya dövrü: MICHELIN Bələdçisinə 18 restoran daxil edilib

Aynur Camal

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu