Baş xəbərDünya

Kanada Suriyaya təxminən 12 milyon dollar humanitar yardım edəcək

Kanada təcili ehtiyaclarını ödəmək üçün Suriyaya təxminən 12 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb. Kanada Beynəlxalq İnkişaf Nazirliyindən Suriyaya ediləcək yardımla bağlı yazılı açıqlama verilib.

Bəyanatda Kanadanın Suriya xalqına bağlılığı təsdiqlənib.

Açıqlamada təcili ehtiyacların qarşılanması üçün humanitar yardım çərçivəsində Suriyaya təxminən 12 milyon dollar veriləcəyi və bu fondun təmiz su və qidadan səhiyyə xidmətlərinə qədər bir çox sahəni əhatə etdiyi bildirilib. Bəyanatda qiymətləndirməsi yer alan nazir Əhməd Hüseyn, “Kanada Suriya xalqı və bu humanitar böhrandan təsirlənən qonşu ölkələrin xalqı ilə həmrəylik nümayiş etdirir və böhranın təsirlərini aradan qaldırmaq üçün işlərimizi davam etdirəcəyik” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu