10 C
Baku
16 Fevral 2026, 19:16
Baş xəbərSosial

60-dan çox şəxs əvvəlki işlərinə bərpa olundu

2024-cü ilin sosial göstəriciləri İşdən qeyri-qanuni azad edilmiş 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ildə vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Ödənilən vəsaitin 88,6 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Prezident Əliyev: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu