9 C
Baku
21 Fevral 2026, 8:58
Baş xəbər

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 millimetrlik, 1 ədəd 75 millimetrlik top mərmisi və 2 ədəd 30 millimetrlik AQS mərmisi olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Mənbə: Fövqəladə Hallar Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Səfərdə olan şəxslər oruc tutmaya bilərlər

Aynur Camal

Vüqar Bayramov: İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal sülh gündəliyində rolunu gücləndirir

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu