14 C
Baku
17 Fevral 2026, 21:21
Baş xəbər

Elektron jurnalların hansı üstünlüyü olacaq?

“Jurnalın kağız və ya elektron formada olması şagirdlərin keyfiyyətli təhsil almalarında üstünlük yaratmır”.

Bugun.tv-xəbər verir ki, bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

Ekspertin fikrincə informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblərimiz və müəllimlərimiz bu yeniliyə hazır olmalıdırlar: “Bu dəyişiklik şagirdlərin təhsilinin inkişafı baxımından inqilabi bir addım hesab edilə bilməz. Lakin kağız jurnalların ekoloji baxımdan ciddi üstünlüyü var, çünki onların hazırlanması üçün böyük miqdarda kağız istifadə olunur. Üstəlik, arxivləndikdə həmin kağız materialları müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər.

Elektron jurnallar isə ilk növbədə kağız israfının qarşısını alır. Bununla belə, jurnalın kağız və ya elektron formada olması şagirdlərin keyfiyyətli təhsil almalarında üstünlük yaratmır. Burada söhbət sadəcə maddi və ekoloji problemlərinin qarşısının alımasından gedə bilər. Həmçinin elektron sistemlər vasitəsilə valideynlər istənilən zaman övladının dərs müvəffəqiyyəti, ev tapşırıqları və digər akademik göstəriciləri haqqında məlumat əldə edə bilərlər.

Həmçinin, elektron jurnallardan istifadə üçün müəyyən internet resursları və informasiya texnologiyaları ilə bağlı həllər tələb olunur. Bu proses pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Beynəlxalq təhsil sistemində sinif jurnalları elektron formadadır. On illərdir bu, beynəlxalq təcrübədə istifadə olunsa da, ölkəmizdə 2012-ci ildə bu işə başlanıldı, amma davam etdirilmədi.

Ümumillikdə, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblərimiz və müəllimlərimiz bu yeniliyə hazır olmalıdırlar”.

Mənbə: AzEdu.az

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

🌙 Ramazan ayının başlanğıcı üçün hilal axtarışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu