26 C
Baku
22 Sentyabr 2026, 20:57
Baş xəbərDünya

İngiltərədə Ramazan hazırlıqları: Koventri küçəsi işıqlandırıldı

Londonun şəhər mərkəzində Piccadilly Circus və Leicester Square arasında yerləşən məşhur Koventri küçəsi 3-cü dəfə Ramazan bayramı üçün xüsusi işıqlarla bəzədilib.

İslam dünyası Ramazana hazırlaşır…

Avropada müsəlmanlar üçün də hazırlıq gedir.

İngiltərənin paytaxtı Londonun şəhər mərkəzi sayılan Piccadilly Circus Junction-dan Leicester Square-ə qədər uzanan Koventri küçəsi üçüncü dəfə Ramazan ayı üçün bəzədilib.

Əziz Fondu və London şəhərinin əməkdaşlığı ilə bəzədilmiş küçədə işıqlarla “Ramazanınız mübarək” yazılmışdı.

Küçədə Ramazan işıqları yandırılmadan əvvəl London uşaqları yağ lampaları ilə Ramazan paradı keçiriblər. Parad məktəblərdə təşkil edilən “Ramazan Qəndilləri” layihəsi çərçivəsində keçirilib.

London meri Sadık Xan Ramazan işıqlandırması üçün açılış düyməsini basdı. Buradakı çıxışında Xan izah etdi ki, London müxtəlifliyə hörməti ilə nifrətin bütün formalarına qarşı dayanır və həm də ümid işığını təmsil edir.

Londonun Qərb ölkələrində Ramazan bəzəyi olan ilk şəhər olduğunu xatırladan Xan,

“Bu işıqlar hər cür İslamofobiya, antisemitizm və nifrətin panzehiridir” deyib.

Xan hər kəsdən bu Ramazanda Qəzza, Sudan və Ukraynadakı pis günləri xatırlamağı xahiş etdi.

Ramazan işıqları Koventri küçəsini martın 30-dək işıqlandıracaq. Təxminən 31 min LED işıqdan istifadə edilməklə hazırlanan Ramazan işıqlandırması hər axşam saat 17.00-01.00 arasında açıq olacaq.

Xatırladaq ki, Küçə ilk dəfə 2023-cü ildə bəzədilib.

 Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Qərb mediası Rusiya dronları ilə bağlı informasiya oyunu aparır

Aynur Camal

Norveçdə 4 min illik uşağın qalıqları alimlərə yeni məlumat verə bilər

Aynur Camal

Buzlu peyklərdə nəhəng toqquşmalar səthaltı okeanları təhlükə altına sala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu