26 C
Baku
24 Sentyabr 2026, 11:36
Baş xəbər

Yazgül Abdiyeva Qadın Liderləri Zirvəsi 2025”-də iştirak etdi – FOTO

Gülüstan Sarayında ölkəmizdə ilk dəfə “Qadın Liderləri Zirvəsi 2025” keçirilib. Zirvə cəmiyyətimizin inkişafında qadınların mühüm rolunu vurğulamaq və onların liderlik imkanlarını genişləndirmək məqsədilə təşkil olunmuşdu.

Bugun.tv-xəbər verir ki, tədbir çərçivəsində qadınların cəmiyyətdə rolu, onların qarşılaşdığı çağırışlar və inkişaf imkanları, eləcə də qadın sahibkarlığının və liderliyinin təşviqi müzakirə olundu. Eyni zamanda, qadınların səhiyyə, təhsil, biznes və sosial sahələrdəki töhfələri vurğulandı.

“Qadınların inkişafı və cəmiyyətdəki mövqeyinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin dəstəyi xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ardıcıl siyasəti nəticəsində qadınların müxtəlif sahələrdə irəliləməsi, onların sosial, siyasi və iqtisadi fəallığının artırılması üçün geniş imkanlar yaradılıb. Dövlətin bu istiqamətdə apardığı islahatlar və həyata keçirilən layihələr qadınların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə mühüm töhfə verir.

Zirvə çərçivəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Dr. Zerrin Başer ilə görüşmək imkanı əldə etdim. Görüşlər zamanı müvafiq sahələrdə qadınların iştirakının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Yüksək səviyyədə təşkil olunmuş bu tədbirə dəvət üçün “Sağlamlığın Qorunması” İctimai Birliyi adından təşəkkürümü bildirirəm. Konfransın uğurla keçdiyini və mühüm mövzuların müzakirə edildiyini qeyd edərək, gələcəkdə bu cür təşəbbüslərin davamlı olmasını arzulayıram”.

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu