16 C
Baku
7 Aprel 2026, 16:36
Baş xəbərDünya

Qvatemalada Fueqo vulkanı püskürüb

Mərkəzi Amerika ölkəsi Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində bölgədən 300-ə yaxın ailə təxliyə edilib.

Mərkəzi Amerika ölkəsi Qvatemalada Fueqo vulkanının püskürməsi ilə bağlı qorxu anlar yaşanıb.

Səlahiyyətlilər paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində yerləşən Fueqo vulkanının ötən gecə püskürdüyünü açıqlayıb.

Səlahiyyətlilər, təxminən 300 ailənin təxliyə edildiyini və bölgədə yaşayan 30 min insanın risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər hələlik itkilər barədə məlumat verilmədiyini bildiriblər.

BÖLGƏNİN ƏN AKTİV VULKANI

Hündürlüyü 3 min 763 metrə çatan “Fueqo vulkanı” Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir.

Vulkan 2018-ci ildə də püskürüb və təxminən 200 nəfərin ölümünə səbəb olub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu