Baş xəbərDünya

Danimarkanın hərbi qanununa dəyişiklik: Qadınlar orduya çağırılacaq

Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən Danimarkanın qadınları orduya qəbul etməyə başlayacağını açıqlayıb. Danimarkanın “tam döyüş gücünü” səfərbər etməli olduğu bildirilib. ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyi Avropa ölkələrini fərqli addımlar atmağa sövq edib.

Avropa ölkələri müdafiə büdcələrini artırdıqca, Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən qadınların orduya cəlb edilməsinə başlayacağını açıqladı. Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Maykl Hildgord ölkənin “tam döyüş qüvvələrini” səfərbər etmək zərurəti ilə əlaqədar olaraq, 2026-cı ildən etibarən qadınları hərbi xidmətə çağırmağa başlayacaq.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ölkənin silahlı qüvvələri müdafiə və təhlükəsizlik siyasətlərində “mövcud vəziyyət çərçivəsində” daha çox insanı işə cəlb etməlidir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu