Baş xəbərDünya

İrandan ABŞ-a danışıqlar üçün mesaj

İran indiki mərhələdə ABŞ-la birbaşa danışıqları rədd edib, lakin dolayı danışıqlara hazır olduğunu açıqlayıb. İrandan verilən açıqlamada “Biz bütün qapıları bağlamadıq” deyilib.

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin başçılığı ilə Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xarazi ölkəsinin ABŞ-la problemləri həll etmək üçün bütün qapıları bağlamadığını və bu ölkə ilə dolayı danışıqlar apara biləcəklərini bildirib.

“İran bütün qapıları bağlamayıb. Qarşı tərəfi qiymətləndirmək, öz şərtlərini irəli sürmək və müvafiq qərar qəbul etmək üçün ABŞ-la dolayı danışıqlara hazırdır”, – Xərrazi bildirib.

TRAMP-IN İRANA ÇAĞRISI VƏ TƏHDİDLƏRİ

ABŞ prezidenti Donald Tramp martın 7-də Fox Business Network-ə müsahibəsində İran lideri Əli Xamneyiyə məktub göndərdiyini açıqlayıb.

“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, – Tramp bildirib. Xamneyi martın 8-də etdiyi çıxışda ABŞ-ın danışıqlar tələbi ilə problemləri həll etmək deyil, öz tələblərini irəli sürmək və hökmranlıq qurmaq istədiyini və İranın bunu qəbul etməyəcəyini bildirib.

İran prezidenti Məsud Pezeşkian da martın 11-də Trampın təhdidləri ilə bağlı “Məni təhdid etdiyiniz üçün sizinlə danışıqlar aparmayacağam. Nə istəsəniz edin” deyib.

Nəhayət, beynəlxalq mətbuatda İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəsilə ABŞ-la dolayı danışıqlar təklifini nəzərdən keçirməsi xəbəri yayılıb.

İki ölkə daha əvvəl Omanın vasitəçiliyi ilə müxtəlif səviyyələrdə dolayı danışıqlar aparmışdı.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu