Baş xəbərDünya

İsrail Livana hava hücumu etdi: Razılaşma pozuldu!

İsrail ordusu Livanda Hizbullaha aid olduğu deyilən silah anbarına hava hücumu təşkil etdiyini açıqlayıb. Hücumda can itkisi ilə bağlı rəsmi açıqlama verilməyib və bunun da İsrail və Livan arasında əldə olunan razılaşmanın pozulması olduğu bildirilib.

Livanda razılaşdırılmış atəşkəs rejimini pozaraq bölgəyə hücumlarını davam etdirən İsrail gərginliyi artıracaq daha bir addım atıb. İsrail ordusu Livanın Bekaa bölgəsində Hizbullaha məxsus silah anbarına hava hücumu həyata keçirib.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Bekaa bölgəsində Hizbullahın hava hücumundan müdafiə bölməsinə aid silah anbarına hava hücumu təşkil edildiyini açıqlayıb. Bəyanatda Hizbullah silahlarının Livanda olmasının İsrailin təhlükəsizliyinə təhdid yaratdığı və bunun da İsrail və Livan arasında əldə olunan razılaşmaların pozulması olduğu bildirilib. Hücumun baş verdiyi ərazidə çəkilmiş həvəskar kamera görüntüləri sosial mediada paylaşılıb. Hücumda hər hansı itki olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu