Baş xəbərSosial

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın qədim xalqlarından olan Alban-Udi Xristian icmasının din xadimləri İstanbul və Mardində dini təlimlərə qatılıblar.

TİKA-nın dəstəklədiyi layihə çərçivəsində Qəbələ vilayətinin Nic qəsəbəsindəki Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi din xadimləri İstanbuldakı Süryani və Anadolu pravoslav kilsələrini, Mardindəki Deyrulzafaran monastırını ziyarət edərək, dini maarifləndirmə və ənənəvi mərasimlər haqqında məlumat alıblar.

Layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik “Azərbaycanın mədəni zənginliyini və tolerantlığını heç bir ayrı-seçkiliyə yol vermədən qoruyub saxlamaq, ölkəmizlə Azərbaycan arasındakı mədəni-mənəvi əlaqələrə fərqli bir bağ gətirmək üçün bu və buna bənzər layihələri həyata keçiririk” deyib.

Ötən il TİKA tərəfindən Çotari kilsəsində Alban-Udi xristian icması üçün təhsil mərkəzi yaradılıb.

Aynur Camal

Oxşar xəbərlər

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Artemis 2 astronavtları Ayın əsl rəngi ilə bağlı müzakirələr yaradıb

Aynur Camal

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu