8 C
Baku
27 Fevral 2026, 0:12
Dünya

Rusiya Yunanıstanın neft tankerini ələ keçirdi

Rusiya Baltik dənizində neft tankerini ələ keçirib. Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sillamae limanını tərk etdikdən sonra Yunanıstana məxsus Liberiya bayraqlı “Green Admire” neft tankerini ələ keçirdiyini və hadisə ilə bağlı NATO müttəfiqlərinin məlumatlandırıldığını açıqlayıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, “Bugünkü hadisə onu göstərir ki, Rusiya gözlənilməz davranmaqda davam edir. Mən də hadisə ilə bağlı müttəfiqlərimizi məlumatlandırmışam”.

Bildirilib ki, gəmi Estoniyaya məxsus neft yükü ilə Hollandiyanın Rotterdam şəhərinə yola düşüb. Estoniya sularında dayaz sulardan qaçan və Estoniya, Finlandiya və Rusiya arasındakı razılaşmaya əsasən Rusiyanın ərazi sularından keçən marşrutla hərəkət edən gəminin Rusiyanın Hoqland adasının yaxınlığında lövbər saldığı bildirilir. Hadisədən sonra bildirilib ki, Sillamae limanına daxil olan və çıxan gəmilər bundan sonra Estoniyanın ərazi sularından keçəcək.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: ABŞ Orta Şərqdəkı vəziyyəti məsuliyyətsiz şəkildə gərginləşdirir

Aynur Camal

İsrail hərbi zərbələrində 2 fələstinli öldü, 5 yaralandı

Aynur Camal

Oman vasitəçiliyi ilə ABŞ-İran nüvə danışıqlarında ümidverici siqnallar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu