Baş xəbərSiyasət

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

Bu gün 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulunu keçirib. Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.

Bugun.tv xəbər verir ki, qəbulda əsasən torpaq və mülkiyyət məsələləri, mənzil problemi, eləcə də işsizliklə bağlı çətinliklər müzakirə olunub. Deputat qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələrin yaradılacağını bildirib.

Elnarə Akimova qeyd edib ki, seçicilərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması və onların dövlət orqanları ilə əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, vətəndaşlarla birbaşa ünsiyyətin onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: CNN-in Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır

Aynur Camal

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu