Sosial

Qazax əhlinə şad xəbər!

Bugun.tv xəbər verir ki, Azərbaycan Dövlət Yol Nazirliyi iyunun 15-dən Qazax stansiyasına sərnişindaşımanı bərpa edəcək. Bilet satışına 5 iyun tarixindən start verilib.

Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

🕗 Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular

Aynur Camal

Evi mənfi enerjidən təmizləməyin sadə üsulları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu