Dünya

“Erik” qasırğası xəbərdarlığı edildi

Meksikanın cənub-qərbinə təsir edən “Erik” qasırğası 4-cü kateqoriya təhlükə səviyyəsinə çatıb.

ABŞ Milli Qasırğa Mərkəzindən verilən açıqlamada “Erik” qasırğasının Meksikanın cənub-qərbində və ətraflarında güclü yağışlara səbəb olacağı barədə xəbərdarlıq edilib.

Açıqlamada qasırğanın çox təhlükəli 4-cü kateqoriya səviyyəsinə çatdığı və sürüşmə və daşqınlara səbəb ola biləcəyi bildirilib.

Meksika hakimiyyəti qasırğanın ölkənin cənub-qərbinə, xüsusilə Akapulko şəhərinə və Puerto Anxel bölgəsinə təsir göstərə biləcəyini qeyd edib.

Meksika prezidenti Claudia Sheinbaum insanları bölgədəki bütün fəaliyyətləri dayandıraraq evdə və ya sığınacaqlarda qalmağa çağırıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Əsəd rejiminin keçmiş həbsxana rəhbərinə ABŞ-da 60 il həbs cəzası verilib

Aynur Camal

Rusiya və Çin ABŞ-ın İranla bağlı BMT təşəbbüsünə veto qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu