6 C
Baku
25 Fevral 2026, 1:04
Maraqlı faktlar

Amriş Puri – 93

Bugun.tv – xəbər verir ki, araşdırmaçı jurnalist Anar Tağıyev bu dəfə öz sosial media hesabında Hindistanın dünya üzrə məşhur aktyoru Amriş Puridən yazıb:

“Uşaqlıq illərimizin qorxulu aktyoru, əslində ixtisasca iqtisadçı, xeyriyyəçi olan Amriş Purinin (1932-2005) doğum günüdür. Aktyor özü deyirdi: “Tamaşaçılar elə bilirlər ki, filmlərdə mənfi rol oynayan aktyorlar həyatda da pis insan olurlar. Kinoda işimiz – çəkilişlərimiz bitəndən sonra həyatdakı “pis rol”umuzu oynamağa başlayırıq. Belə ki, bəzən küçələrdə, ictimai yerlərdə bizə yenə pis insan kimi nəzər yetirirlər. Sənə kinodakı işinə görə sağ ol demək əvəzinə nifrətlə yanaşırlar”.

O, uzun illər kinorejissorlardan rədd cavabı alıb, ulduzu 40 yaşından sonra parlayıb, zalım obrazları canlandırsa da, həyatda xeyirxah insan olub, xeyriyyə tədbirlərində iştirak edərək insanlara yardım göstərib, Hollivuda ilk dəvət alan Bollivud aktyoru olub. 50 il ərzində 400 filmə çəkilmiş hind aktyoru, eyni zamanda Hindistanın Əmək Nazirliyinin məsul vəzifəli şəxsi, gəmiçilik biznesi ilə məşğul olub”.

Aynur Camal

Oxşar xəbərlər

Həkim xəbərdarlıq etdi: Tabletləri parçalamaq və ya kapsulu açmaq təhlükəlidir

Aynur Camal

“Musical road” səsi sakinləri bezdirdi

Aynur Camal

“Bilirdinizmi?” – Amazon yağmur meşəsi haqqında maraqlı faktlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu